Azerbaijan Joriyo Kung Fu Federation (AJKF)

Kung Fu Taichi Zen Meditasiya Structure Students National Team Tournaments Training Summer Camp Gallery Resources Contact

Meditasiya

Hər bir insana öz daxili sakitliyini qorumaq lazimdir. Indiki masinlasma dünyasinda insanlarln böyük hissəsində nəinki daxili rahatliq yoxdur, bir çox hallarda sahid oluruq ki, əsəb narahatligindan sikayət edənlər də var. Bu böhrani aradan qaldirmaq üçün müxtəlif dərmanlar mövcuddur və bu isə çox sayda həkimlər cəlb olunub. Bu günə kimi həkimlər tərəfindən yüzlərlə müalicə üsullari təklif olunub və yüzlərlə dərman hazirlanib. Lakin hər bir dərmanin müsbət təsiri ilə yanasi, mənfi xüsusiyyəti də vardir. Buna görə də hər bir insana həftədə ən azi bir dəfə meditasiya etmək lazimdir.

Meditasiya nədirə Meditasiya özünü dərmansiz müalicə etmək deməkdir. Buna cəmi 15 dəqiqə vaxt lazimdir:

1. Ilk növbədə, çalisin sakit bir yerə gedəsiniz. Bu, dəniz kənari, mesə və ya kimsənin narahat etməyəcəyi bir yer ola bilər. 2. Seçdiyiniz yer sakit bir yer olmaqla yanasi, təmiz havali olmalidir. 3. Ilk 3 dəqiqəni sakit bir vəziyyətdə oturun. 4. Yerinizdən duraraq, səkildəki hərəkətləri icra edin. 5. Yenidən yerdə oturaraq, səkildəki hərəkətləri icra edin. 6. Hərəkətlərin sonunda, sag əlin bas barmagi ilə burnunuzun sag kanalini tutaraq, sol kanali ilə 5 dəfə dərin nəfəs alin və verin. 7. Sol əlin bas barmagi ilə burnunuzun sol kanalini tutaraq, sag kanali ilə 5 dəfə dərin nəfəs alin və verin. 8. əllərinizi səkildəki kimi bir-birinin üstünə qoyun, mümkün olsa, qiçlarinizi carpaz vəziyyətə salin. Bel sütununuzu tam düz vəziyyətdə olmasina çalisin. 9. Sakit nəfəs almaga baslayin. Fikrinizi nəfəsinizin bədəninizə necə daxil və xaric olmasina yönəltməyə çalisin. 10. Nəfəsinizin alib-verilməsinə daha dəqiq fikir vermək üçün, yaxsi olar ki, gözlərinizi baglayasiniz. 11. 5 dəqiqədən sonra gözlərinizi açin. əllərinizi bas üzərinə qaldirin və dərin nəfəs alin. əllərinizi asagi gətirərək, yavas-yavas nəfəs verin. 12. əllərinizi yenidən yanlara qaldiraraq, dərin nəfəs alin. əllərinizi bas üzərinə apararaq, bir neçə saniyəlik nəfəs alib-verməyi dayandirin. Yenidən nəfəs verərək, əllərinizi səkildəki vəziyyətə salin. 13. əllərinizi yanlara açaraq, tam güclə sinənizdə olan bütün nəfəsi çölə verin.

 

 

 

 
Copyright © 1993 - 2010
Contact: +99412 4175075