Azerbaijan Joriyo Kung Fu Federation (AJKF)

Kung Fu Taichi Zen Meditasiya Structure Students National Team Tournaments Training Summer Camp Gallery Resources Contact

Qrandmaster Davudun Kung Fu tə'limi iki onilliyi və iki qitəni əhatə edir, yeniyetmə çagi Azərbaycanda, sonralar Çində və Küveytdə və hazirda yenidən Azərbaycanda. O, Saolinin Simali Uzun Yumruq, 18 heyvan və 18 silah stillərinə yiyələnmisdir. Bu vərdislərə malik olaraq, qrandmaster Davud vahid Kung Fu Coriyo formlarini yaratmisdir. O, Azərbaycan Coriyo Kung Fu Federasiyasinin 1993-cü ildən tə'sisçisi, prezidenti, bas məsqçisidir və müxtəlif ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. O, 2000-ci ildə Beynəlxalq Qrandmaster Komitəsi tərəfindən əlbəyaxa döyüs növləri üzrə Qrandmaster dərəcəsinə layiq görülmüsdür. Qrandmaster Davud Küveytdə yerləsən Küveyt Kung Fu Mərkəzinin 2001 - ci ildən təsisçisi və bas məsqçisidir. O, 2004-cü ildə 34 ölkə arasinda keçirilən sorgu əsasinda (IKF) prezidenti seçilmisdir.

Azərbaycan Coriyo Kung Fu Federasiyasi (ACKF) Qrandmaster Davud Mahmudzadə tərəfindən tə'sis edilmisdir. O, Azərbaycan Respublikasi Idman Nazirliyinin tövsiyyəsi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyində 10 dekabr 1993-cü ildə qeydiyyatdan keçmisdir. ACKF Beynəlxalq Kung Fu Federasiyasinin (IKF) milli nümayəndəsidir. Azərbaycan Coriyo Kung Fu Federasiyasinin təlim proqrami və dərəcə sistemi Beynəlxalq Kung Fu Federasiyasi (IKF) tərəfindən taninir. ACKF-nin əsas məqsədi Azərbaycanda Kung Funu inkisaf etdirmək, Kung Fu idman növü üzrə tə'lim kurslari keçirmək, milli və beynəlxalq kung fu turnirləri təşkil etmək və milli yigma komandamizin hər il Beynəlxalq Kung Fu Federasiyasinin Dünya Kungfu Çempionatinda istirakini tə'min etməkdir.

Kung Fu nədir?

Kunqfu sözü bu günə kimi hərfi baximdan “mahir insan” kimi tərcümə olunub. Lakin Kunqfu bir yol olduguna görə və bu yolu gedənlər mahirliyə malik olduqlarina görə hami bu qənaətdədir ki, mahir insan xəta etməz. Nəticədə kunqfunun həqiqi mənasi “xətasiz yol” deməkdir. Bu yolun tarixinə nəzər salanda gorunur ki, o qədər də xətasiz olmayib. Bu günə kimi kunqfu bir neçə dəfə məhv olmaq dərəcəsinə çatib, amma məhv olmayib. Bu gün mən istəmirəm keçmis tarixi vərəqliyəm. Buna ehtiyac da görmürəm. Bu gün və bunda sonra nələr etməliyik ki, kunqfu nə məhv olsun, nə də kunqfuçular bundan sonra dünya yarislarindan kənarda qalsinlar.

Bu gün dünyada kunqfu, taiçini birləsdirən bi mərkəz var və o, Beynəlxalq Kungfu Federasiyasidir (IKF). Bu təskilatin hədəfi dünyada kunqfu, taiçi təskilatlarini birləsdirməklə yanasi kunqfunu Olimpiya oyunlarina qatmaqdir. Buna görə də bütün məsqçilər öz tələbələrinə Beynəlxalq Kunqfu Federasiyasinin yaris qayda-qanunlarini oqrətməlidirlər.

Beynəlxalq Kunqfu Federasiyasinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Azərbaycan Coriyo Kunqfu Federasiyasidir (AJKF).

Kunqfuda əsas sərtlər

  1. Kunqfu məsq edən zaman çalisin bütün fikriniz məsqdə olsun.
  2. Hər məsqdə yeni hərəkətlərə baslamazdan öncə əvvəlki məsq zamani öyrəndiklərinizi təkrar edin
  3. Hərəkətləri yaddan çixartmamaq üçün azi on dəfə təkrar etmək lazimdir.
  4. Bir hərəkəti tam öyrənmədən yeni hərəkətə baslamayin.
  5. Kunqfuçu hər zaman intizamli olmalidir.
  6. Kunqfuçu hər məsqdən sonra paltarini və bədənini təmizləməlidir.
  7. Yaxsi kunqfuçu hər zaman səbirli və təmkinli olmalidir.
  8. Həqiqi kunqfuçu heç zaman öz bacarigini zaldan kənarda nümayis etdirməməlidir.
  9. Yaxsi kunqfuçu həmisə sadə olmali və sadəliyini qorumalidir.
  10. Həqiqi kunqfuçu həmisə ədalət və düzgünlük tərəfdari olmalidir.

Contact
Tel: (0099455) 5692323
Tel: (0099450) 4450072
E-mail: kungfu11@hotmail.com
URL: kungfujoriyo.com

 
Copyright © 1993 - 2010